Heç kəs yanından belə keçmək istəmir: Eşidilən səslər narahatlıq yaradır

Malatyanın Yazıhan rayonunda yerləşən Ansır mağaralarında, 6 fevral 2023-cü il zəlzələsindən sonra qopmuş nəhəng qayalar və zaman-zaman eşidilən səslər sakinləri narahat edir.

Sherg.az xəbər verir ki, Yazıhan rayonunda yerləşən mağaranın Roma və Hitit dövründən izlər daşıdığı bildirilir. Buzluk qəsəbəsindəki mağaralarda zəlzələdən sonra böyük qayaların qopması nəticəsində yollar bağlanmış, bölgədə hələ də zaman-zaman qayaların düşməsi halları baş verdiyi qeyd olunub.

Bölgə sakinləri, zəlzələlərdən əvvəl turizm məqsədilə istifadəyə hazırlanması planlaşdırılan mağaraların bu gün “qorxu məkanına” çevrildiyini bildirir və mağaralardakı risk səbəbi ilə ora getməkdən çəkinirlər.

Zəlzələdə evlərinin dağıdılmasından daha çox mağaralardakı qopmuş qayalardan narahat olduqlarını bildirən sakinlər Nihat Kızılkaya və Ahmet Faruk Kızılkaya qeyd ediblər:

"Zəlzələ zamanı adətən faciə yaşadıq. Nəhəng qayalar yolları bağladı. İndi belə zaman-zaman qayalar qopur. Buna görə qorxuruq."