İntihar etmiş 8 yaşlı şagirdə gələn QORXUNC MESAJ: “Bu axşam səni öldürəcəyəm”
22:21 30.04.2022
Hadisə
863
Bir neçə gün əvvəl Bakı şəhər Nəsimi rayonunda məktəblinin intihar etməsi ilə bağlı istintaq araşdırmaları davam etdirilir.
Milli.Az bildirir ki, "Qafqazinfo"nun hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, istintaqçılar N.Şahbazov küçəsində yerləşən mənzildə özünü turnikdən asaraq intihar edən İran İslam Respublikasının vətəndaşı, 2014-cü il təvəllüdlü N.R.-in "Galaxy TAB A7" markalı tabletdə (planşet) bu hadisəyə səbəb ola biləcək faktları aşkarlayıblar.
Belə ki, hadisədən dərhal sonra istintaqçılar mənzilin oyun otağında Nəsimi rayonu 10 nömrəli orta məktəbin 2-ci sinfində oxuyan uşağın daimi istifadəsində olan tableti maddi sübut kimi götürüblər. Mobil cihazın qalereya bölməsində insanları zorakılığa sövq edən qorxulu animasiya və şəkillər, eləcə də "3 days to die" və sair bu tip oyun və mobil tətbiqlərin şəkilləri aşkar edilib. Bundan əlavə olaraq tabletin "Samsung Notes" bölməsində "salam, mən anabellayam və bu axşam səni öldürəcəyəm" məzmununda yazışma aşkar edilib.
Bütün faktlar toplanaraq faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş açılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Qeyd edək ki, məktəblinin anası hadisədən sonra hüquq-mühafizə orqanlarının nümayəndələrinə övladının məktəbdə sinif yoldaşı ilə problem yaşadığını və incidildiyini bildirmişdi.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Huawei”in yeni telefon markası “Starlight” olacaq
06:42 31.10.2026
Texnologiya
Xüsusi aparata ehtiyac yoxdur - Tiftiyi bir hərəkətlə yox edir
06:06 31.10.2026
Relaks
Çin Almaniya ilə süni intellekt sahəsində əməkdaşlıq edəcək
05:25 31.10.2026
Dünya
Qırmızı xalıda opüşdülər!
04:50 31.10.2026
Şou
Hakan Fidan Marko Rubio ilə görüşdü
04:14 31.10.2026
Gündəm
Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır
03:33 31.10.2026
Sağlamlıq
"Qızıl top" səsverməsində rəsmi nəticələr açıqlandı
01:32 31.10.2026
Futbol
Erməni ombudsmandan "türk" sözü ilə bağlı - BƏYANAT
01:11 31.10.2026
Cənubi Qafqaz
ABŞ Yaxın Şərqə əlavə hərbi texnika göndərir
00:49 31.10.2026
Gündəm
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol