İranda ardıcıl iki zəlzələ baş verdi

İranın Hörmüzqan əyalətinin Sərgəz şəhəri yaxınlığında 5 bal gücündə zəlzələ qeydə alınıb.

Axar.az xəbər verir ki, bu barədə Tehran Universitetinin Geofizika İnstitutunun Seysmologiya Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanlar 22 kilometr dərinlikdə baş verib.

Zəlzələ Bəndər-Abbas şəhərində də hiss olunub.

İlk təkanlardan təxminən yarım saat sonra ərazidə 3,9 bal gücündə ikinci zəlzələ olub.

Tələfat və dağıntılar barədə məlumat verilməyib.