İranda zəlzələ oldu

İranın Buşəhr əyalətinin Əsəluye bölgəsində 4.4 bal gücündə zəlzələ baş verib.

Axar.az xəbər verir ki, bu barədə İRNA məlumat yayıb.

Məlumata görə, saat 03.26-da qeydə alınan yeraltı təkanların episentri 10 kilometr dərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə məlumat verilməyib.