İstanbulda bir evdən 39 ekzotik sürünən çıxarıldı

İstanbulda bir evdə aşkar edilən 39 ekzotik sürünən Qaziantep Doğal Yaşam Parkına aparılıb.

Sherg.az xəbər verir ki, qanunsuz yollarla ölkəyə gətirildiyi müəyyən edilən pitonlar, savanna varanları və müxtəlif ilan növləri xüsusi nəqliyyat vasitəsi ilə Qaziantepə çatdırılıb.

Heyvanlar parkın xəstəxanasında müayinədən keçirilib və karantinə yerləşdirilib. Mütəxəssislər bəzi sürünənlərin vəziyyətinin ağır olduğunu, onların reanimasiya şöbəsində müalicə aldığını bildiriblər.

Qeyd olunub ki, müalicə və bərpa prosesi başa çatdıqdan sonra sürünənlər parkdakı yeni yaşayış sahələrinə köçürüləcək.