Türkiyənin İstanbul şəhərində 3.6 bal gücündə zəlzələ qeydə alınıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
Kandilli Rəsədxanasından verilən məlumata görə, yeraltı təkanların episentrinin Silivri sahillərində olduğu müəyyən edilib. Zəlzələ Bakı vaxtı ilə saat 12:57-də baş verib. Zəlzələnin ocağı 19.1 kilometr dərinlikdə olub.