Türkiyənin Edirnə bölgəsində sahibsiz iti kəndirlə sürüyən bələdiyyə işçisi saxlanılıb.
Sherg.az xəbər verir ki Edirnə Baş Prokurorluğu, sosial şəbəkələrdə sahibsiz itin kəndirlə sürükləndiyini əks etdirən görüntülərlə bağlı araşdırma başladıb.
Araşdırma çərçivəsində Edirnə Polis İdarəsinin əməkdaşları Edirnə Bələdiyyəsinin Küçə Heyvanları Sığınacağında çalışan şübhəli A.Y.-ni saxlayıblar.
Şübhəlinin polis idarəsindəki istintaq hərəkətləri davam edir.