İstanbulda 2025-ci il oktyabrın 10-da döyülərək öldürülən jurnalist Hakan Tosunun otopsiya hesabatı tamamlanıb. Hesabatda Tosunun aldığı ağır zərbələr nəticəsində kəllə sümüyünün sındığı və beyin qanaması keçirdiyi müəyyən edilib.
Sherg.az xəbər verir ki, Məhkəmə-Tibbi Ekspertiza rəyinə əsasən, Tosunun bədəninin müxtəlif nahiyələrində, o cümlədən onurğa sütununda sınıqlar aşkarlanıb. Onun orqanizmində narkotik maddə izinə rast gəlinməyib.
Mərhumun ailəsinin vəkili Cemal Yücel bildirib ki, hesabat Hakan Tosunun öldürmə niyyəti ilə vəhşicəsinə döyülərək qətlə yetirildiyini təsdiqləyir və şübhəlilərin müdafiə arqumentlərini təkzib edir.
Hadisə ilə bağlı tutulan Abdurrahman Murat və Adnan Şahinin həbs qətimkan tədbiri qüvvədə saxlanılıb.