Maştağa sakini telefonsuz qalıb: Nazirlik ATS-in, ATS-də nazirliyin üstünə atır – Özbaşınalıq!
Fidan Həmişəyeva
11:01 09.09.2020
Hadisə
1571
Maştağa qəsəbəsi, “Bağlar Massivi” bağ -4 ev sakini Arif Bədəlov “Sherg.az”a müraciət edib. Vətəndaş uzun müddətdir, ev telefonunun işləmədiyini, bunun üçün Avtomatik Telefon Stansiyasına (ATS) müraciət etsə də, problemin həll edilmədiyini bildirir.
“Keçən il ev telefonunda müəyyən problemlər yarandı. Yağış yağanda, bir az külək əsəndə telefon işləmir. Dəfələrlə 155-ə müraciət etsək də, problemin həlli mümkün olmadı. 155-ə zəng edəndə dedilər ki, edərik.
Amma sonuncu dəfə iyul ayının 31-dən etibarən ev telefonu tamamilə işləmir. Sonuncu dəfə 155-ə zəng vuranda dedilər ki, “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin qaynar xəttinə zəng vurun, bəlkə onlar köməklik göstərdilər”. Yəni sözlərindən belə çıxır ki, bizim sözümüz keçmir.
Avqustun 1-dən nazirliyə zəng vururam. Hər dəfə də deyirlər ki, 155-qaynar xətti gəlib problemi düzəltməlidir. Özüm neçə dəfə usta çağırmışam. ATS-dən deyirlər ki, daxili xəttinizdə problem var. Amma problemi həll etmirlər.
Nazirliyə növbəti dəfə yenə zəng vuranda dedilər ki, guya ATS-lə əlaqə saxlayıblar, özləri zəng edəcəklər. Lakin heç bir zəng yoxdur. Problemin həlli üçün müvafiq orqanlar heç bir iş görmürlər”.
P.S Maştağa qəsəbəsi ATS-lə əlaqə saxlamağa çalışsaq da, telefonlarımıza cavab verən olmadı.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ermənistanda bəzi qüvvələr Rusiyanı ləkələyir - Qaluzin
20:00 29.06.2026
Region
Nazir: Kibertəhlükəsizlik istiqamətləri 58 təşəbbüsü əhatə edir
19:53 29.06.2026
Siyasət
Nağd pul dövrü bitir: Naxçıvan rəqəmsal nəqliyyata keçir
19:36 29.06.2026
Ölkə
“Fənərbağça” Qrinvud üçün rəsmi təklif göndərdi
19:12 29.06.2026
Futbol
“Mançester Siti”nin yeni baş məşqçisi məlum olub
18:53 29.06.2026
Futbol
AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib
18:37 29.06.2026
Futbol
Yaxın Şərqdə sülh hələ çox uzaqdadır - Politoloq
18:18 29.06.2026
Gündəm
Türkiyə Prezidenti Almaniya Kansleri ilə telefon danışığı aparıb
17:59 29.06.2026
Gündəm
Türk dünyasının gələcəyi Bakıda yazılır - Türkoloq
17:39 29.06.2026
Gündəm
Almaniyada silahlı hücum: Çox sayda ölən və yaralanan var
17:35 29.06.2026
Hadisə
Qaluzin: TRIPP-in perspektivləri birmənalı deyil
16:53 29.06.2026
Dünya
Bakıda dörd yaşlı uşaq 5-ci mərtəbədən yıxılaraq ölüb
16:41 29.06.2026
Hadisə
Folklor kollektivləri üçün geyimlər hazırlanır
16:27 29.06.2026
Ölkə