“Mavi balına”nın məsum qurbanları – İndi insanlar tilova düşür – Qorxunc !
Fidan Həmişəyeva
14:30 08.09.2020
Hadisə
2012
“Azərbaycanda bu oyun bir o qədər də geniş yayılmayıb. Amma müəyyən narahatedici məqamlar var”
“Hüquq-mühafizə orqanları provayderlərlə birgə işləməlidirlər. Qanuna zidd resurslar varsa, onlar bağlanmalıdır”
“Bu, təkcə bir ailənin problemi deyil, bütün cəmiyyətin problemidir”
Zamanın tələbi olan texnologiya həyatımızı asanlaşdırdığı kimi, özü ilə bərabər neqativ hallar da gətirir. Son illər internetdə azyaşlı və yeniyetmələri təsiri altına alan oyunlar geniş yayılıb. Həmin oyunlar yeniyetmələrə psixoloji təsir etməklə kifayətlənmir, həm də ölümə aparır. “Mavi balına” adlı oyunu xüsusilə qeyd edə bilərik.
Təəssüf ki, uşaqları intihara məcbur edən “Mavi Balina” oyunu Azərbaycanda da yayılır. Bütün dünyada geniş yayılan və milyonlarla uşağı təhdid edən "Mavi balina” bəzi ailələrin qorxulu yuxusuna çevrilib. Uşaqları özündən asılı vəziyyətə gətirərək intihara məcbur edən oyun qurbanlarının sayı yüzlərlədir.
Oyuna qatılanlardan şiddət doğuran 50 təlimatı həyata keçirmələri tələb olunur. Son mərhələdə isə onlar hündür yerdən özlərini atmalı və ya özünü asaraq intihar etməlidirlər.
“Mavi balina”nın növbəti qurbanları İranda olub. Oyunun son mərhələsində özlərini Xəzər dənizinə atan dörd gəncdən üçü həyatını itirib. Oyun vasitəsilə tanış olan dörd nəfər Şərqi Azərbaycan, Ərdəbil, Xuzistan və İsfəhan əyalətlərindən Mahmudabad rayonuna gələrək, özlərini Xəzər dənizinə atıblar.
Bəs, övladlarımızı bu təhlükədən uzaq tutmaq üçün nə etməliyik?
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz “Sherg.az”a açıqlamasında son zamanlar bu məsələnin bütün dünyada gündəmdə olduğunu dedi. Mütəxəssis vurğululayıb ki, sözügedən oyun uşaqların internetdə təhlükəsizliyi ilə bağlı ciddi problemlər yaradır:
“Düzdür, Azərbaycanda bu oyun bir o qədər də geniş yayılmayıb. Amma müəyyən narahatedici məqamlar var. Son illər ölkəmizdə informasiya təhlükəsizliyinin qorunması istiqamətində müəyyən addımlar atılıb. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında elektron təhlükəsizlik mərkəzi var. Həmçinin informasiya təhlükəsizliyinə dair agentlik fəaliyyət göstərir. Bu iki qurum məsələ ilə bağlı ciddi addımlar atmalıdır”.
O.Gündüz qeyd edib ki, Təhsil Nazirliyinin də aidiyyəti bölmələri var. Təhsil sisteminin informasiyalaşdırılması idarəsi kimi qurumlar maarifləndirici işlər aparmaqla problemin həllinə yardımçı ola bilərlər:
“Hesab edirəm ki, xəbərdaredici mesajların verilməsi vacibdir. Aidiyyəti qurumlar media ilə birgə işləyərək belə bir təhlükənin qarşısının alınması üçün hansı addımların atılmasını söyləməlidirlər.
Çünki bu elə bir məsələdir ki, profilaktiki addımların atılması vacibdir. Monitorinq aparılmalı və maarifləndirici tədbirlər həyata keçirilməlidir.
Hüquq-mühafizə orqanları provayderlərlə birgə işləməlidirlər. Qanuna zidd resurslar varsa, onlar bağlanmalıdır. Söhbət qanunvericiliyə zidd olan bütün internet resurslarından gedir. Qurumların məsuliyyətini gücləndirmək lazımdır. Bu, təkcə bir ailənin problemi deyil, bütün cəmiyyətin problemidir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ermənistanda bəzi qüvvələr Rusiyanı ləkələyir - Qaluzin
20:00 29.06.2026
Region
Nazir: Kibertəhlükəsizlik istiqamətləri 58 təşəbbüsü əhatə edir
19:53 29.06.2026
Siyasət
Nağd pul dövrü bitir: Naxçıvan rəqəmsal nəqliyyata keçir
19:36 29.06.2026
Ölkə
“Fənərbağça” Qrinvud üçün rəsmi təklif göndərdi
19:12 29.06.2026
Futbol
“Mançester Siti”nin yeni baş məşqçisi məlum olub
18:53 29.06.2026
Futbol
AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib
18:37 29.06.2026
Futbol
Yaxın Şərqdə sülh hələ çox uzaqdadır - Politoloq
18:18 29.06.2026
Gündəm
Türkiyə Prezidenti Almaniya Kansleri ilə telefon danışığı aparıb
17:59 29.06.2026
Gündəm
Türk dünyasının gələcəyi Bakıda yazılır - Türkoloq
17:39 29.06.2026
Gündəm
Almaniyada silahlı hücum: Çox sayda ölən və yaralanan var
17:35 29.06.2026
Hadisə
Qaluzin: TRIPP-in perspektivləri birmənalı deyil
16:53 29.06.2026
Dünya
Bakıda dörd yaşlı uşaq 5-ci mərtəbədən yıxılaraq ölüb
16:41 29.06.2026
Hadisə
Folklor kollektivləri üçün geyimlər hazırlanır
16:27 29.06.2026
Ölkə