Mərkəzdən qaçan Nəsimi Nəbizadənin qardaşı həbs olundu

Dünən reablitasiya mərkəzindən qaçışı ilə gündəm olan Nəsimi Nəbizadənin qardaşı Elnur Nəbizadə həbs olunub. E.Nəbizadə 2 nəfər şəxslə birlikdə 13 kq narkotiklə Sumqayıt polisinin həyata keçirdiyi əməliyyat nəticəsində saxlanılıb və onun haqqında məhkəmənin qərarı ilə 4 ay həbs qətimkan tədbiri seçilib. 

Yenilik.az-ın əldə etdiyi məlumatya görə, E.Nəbizadənin hüquqlarını vəkil Anar Qasımlı qoruyur. Əməkdaşımızın sualına cavab olaraq vəkil faktı təsdiq eləsə də, "məhkəmədəyəm" deməklə ətraflı məlumat verməkdən yayınıb.