Məşhur aktrisa Büşra Develi İstanbulda taksinin altında sıxışıb qalan pişiyin xilas edilməsi üçün hərəkətə keçib.
Sherg.az xəbər verir ki, aktrisa küçədə taksinin alt hissəsində qalan pişiyi görən kimi ətrafdakı vətəndaşlarla birlikdə onun xilas olunmasına kömək edib. Sosial şəbəkələrdə yayılan görüntülərdə Büşra Develinin asfalt üzərinə diz çökərək heyvana çatmağa çalışdığı əks olunub.

Hadisə sosial mediada böyük rəğbətlə qarşılanıb, istifadəçilər aktrisanın heyvanlara qarşı həssas münasibətini yüksək qiymətləndiriblər.