Mingəçevirdə kişini bıçaqladılar

Mingəçevir şəhərinin Energetiklər yaşayış massivi ərazisində bıçaqlanma hadisəsi baş verib.

Teleqraf-ın yerli bürosunun məlumatına görə, 42 yaşlı şəhər sakini Fəxri Salahbanov 39 yaşlı Nəbi Mehralıyevə kəsici alətlə xəsarət yetirib.

Ayaq nayihəsindən dörd bıçaq xəsarəti alan yaralı xəstəxanaya çatdırılıb.

Əməli törədən şəxs polisə könüllü təslim olub.

Hazırda faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində araşdırma aparılır.