NASA hazırlaşır: 50 ildən sonra Aya insanlı missiya göndərilir
12:34 25.09.2025
Hadisə
341
ABŞ Milli Aeronavtika və Kosmik Agentliyi (NASA) təxirə salınmalardan sonra Artemis II missiyasının ən gec 2026-cı ilin aprelində buraxılacağını açıqlayıb. Rəsmi şəxslər, ehtimal ki, buraxılışın 2026-cı ilin fevralında da baş verə biləcəyini bildirib.
Sherg.az xəbər verir ki, NASA rəhbərlərindən Lakiesha Havkins deyib: “Bu öhdəliyimizi yerinə yetirmək istəyirik.”
Missiyada üç amerikalı və bir kanadalı astronavt iştirak edəcək:
Reid Viseman (NASA) – missiya komandiri
Christina Hammock Koch (NASA)
Victor Glover (NASA)
Jeremy Hansen (Kanada Kosmik Agentliyi)
Heyət Ay ətrafında dövr edəcək, lakin səthə enməyəcək. Aya eniş isə növbəti missiya olan Artemis III ilə planlaşdırılır.
Artemis proqramı ABŞ-ın Aya dönüşünü sürətləndirməyi hədəfləyir. Çin isə 2030-cu ilə qədər öz insanlı Aya missiyasını planlaşdırır. Vaşinqton rəhbərliyi bu vəziyyəti “ikinci kosmik yarış” adlandırır.
ABŞ Prezidenti Donald Tramp, yenidən prezident seçildiyi halda NASA-ya Artemis proqramını sürətləndirməsi üçün təzyiq göstərmişdi. Administrasiya həm Aya dönüşü, həm də Marsa insanlı səyahəti prioritet hədəf elan edib.
NASA və Tramp administrasiyasının uzunmüddətli məqsədi Ay səthində daimi bazalar tikmək və buranı Mars səyahəti üçün sıçrayış nöqtəsinə çevirməkdir.
Havkins qeyd edib: “Aya dönmək istəyirik, amma NASA-nın prioriteti təhlükəsiz bir şəkildə geri dönməkdir.”
Artemis II uğurla başa çatarsa, insanlıq 1972-ci ildə Apollo 17-dən bəri ilk dəfə Ay orbitinə astronavt göndərmiş olacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Netanyahu Trampla İrana hücumların bərpasını müzakirə etdi
22:20 13.10.2026
Gündəm
Arda Turan Türkiyə millisi ilə bağlı qərarını açıqladı
22:02 13.10.2026
Futbol
Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun
21:17 13.10.2026
Dünya
Ərdoğanın vasitəçiliyi sülhə yol aça bilər, amma bir şərtlə - ŞƏRH
20:32 13.10.2026
Gündəm
Ərdoğandan Səudiyyəyə dəstək...
20:21 13.10.2026
Aktual
Belçikanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
20:13 13.10.2026
Gündəm
Paşinyanın təyyarəsi 5 ay sonra İrəvana qayıtdı
20:05 13.10.2026
Cənubi Qafqaz
Dələduzluq edən dörd nəfər saxlanıldı
19:50 13.10.2026
Hadisə
Barmaq çıtlatmaq zərərlidirmi? - Oynaq iltihabına səbəb olurmu?
19:41 13.10.2026
Sağlamlıq
Dizel sazişi Rusiya və ABŞ-ın maraqlarına cavab verir
19:39 13.10.2026
Aktual
Polis 2 kiloqram narkotik vasitə aşkarladı
19:26 13.10.2026
Hadisə
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət
İqtisadi Şuranın növbəti iclası oldu
18:27 13.10.2026
İqtisadiyyat
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi məlum olub
18:12 13.10.2026
Siyasət