
NASA tarixində görünməmiş hadisə: Sevgilisi üçün Ay daşını oğurladı
17:24 05.11.2025
Hadisə
193
NASA tarixində görünməmiş bir hadisə yaşanıb. Kosmos agentliyinin təcrübəçisi, sevgilisinə “sənə Ayı hədiyyə edəcəyəm” vədini yerinə yetirmək üçün 7 kiloqramlıq Ay daşı oğurlayıb. Bu film kimi soyğun hadisəsi, FBI-ın əməliyyatı ilə sonlanıb.
Sherg.az xəbər verir ki, 2002-ci ildə Thad Roberts, Texasdakı Johnson Kosmik Mərkəzində 25 yaşında təcrübəçi idi. O, sevgilisi Shae Saur ilə birlikdə, gecə saatlarında gizlicə mərkəzə daxil olub və təxminən 21 milyon dollar dəyərində olan 7 kiloqramlıq Ay daşlarını oğurlayıb.
Bu daşlar, NASA-nın Apollo missiyalarından gətirilmiş, ciddi şəkildə qorunan 600 kiloluq bir seyfdə saxlanılırdı.
Cütlüyün hərəkətləri oğurluqla bitməyib. Onlar Ay daşlarını yatağın üstünə səpərək intim münasibət yaşayıblar. Bu hadisə sonradan açılan istintaq sənədlərində qeyd edilib və medianın gündəminə çevrilib.
Roberts və sevgilisi oğurladıqları daşları internetdə satışa çıxardılar. Belçikanın Antverpen şəhərində yerləşən Mineralogiya klubunun veb saytında daşların qramını 2.000 – 8.000 dollar arasında qiymətləndirərək satışa çıxarıblar.
FBI-dan gizli əməliyyat: Ay oğrularına tələ
Belçikalı bir daş kolleksiyaçısı bu elanları gördükdən sonra FBI ilə əlaqə saxlayıb. FBI dərhal bir plan hazırlayıb. Roberts və ortaqları “Orb Robinson” ləqəbi ilə daşları təqdim edərkən, kolleksiyaçı FBI agentlərini “qohumları” kimi təqdim edərək bir görüş təşkil edib.
Bu görüşün səs yazıları, Roberts və yoldaşlarının FBI tələsinə düşdüyünü sübut edib.
Apollo 11-in ildönümündə həbs
FBI agentləri, oğurlanmış Ay daşlarının gizlədildiyi otel otağında təcrübəçiləri Apollo 11-in Ay enişinin 33-cü ildönümündə tutdular – olduqca ironik bir tarix.
Ay daşları elmi baxımdan istifadəyə yararsız oldu

Çox təəssüf ki, oğurlanmış Ay daşları kirləndiyinə görə elmi cəhətdən yararsız vəziyyətə düşüb.
Üstəlik, təcrübəçilər NASA-ya aid 30 illik əlyazması araşdırma qeydlərini də məhv ediblər. Bu qeydlər bir NASA aliminə məxsus idi və geri qaytarıla bilməyəcək elmi məlumatlar ehtiva edirdi.
Sevgiyə dayanan bir romantik jest kimi başlasa da, bu hadisə NASA tarixində ən qəribə və məhvedici oğurluqlardan biri kimi qeyd olunub. Thad Roberts 10 il həbs cəzasına məhkum edildi və bu olay, kosmos tarixinə “Ay oğrusu” skandalı kimi yazıldı.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ və Yaponiya liderləri telefonla danışıb
20:22 15.05.2026
Dünya
"Şəfa" Premyer Liqaya vəsiqə qazanıb
19:57 15.05.2026
Futbol
Venesuelada dövlət neft şirkətinin müəssisəsində yanğın baş verib
19:48 15.05.2026
Dünya
İsrailin hücumları nəticəsində Livanda ölənlərin sayı 2951-ə çatdı
19:40 15.05.2026
Dünya
CENTCOM: ABŞ Hörmüz boğazında 75 ticarət gəmisini saxlayıb
19:33 15.05.2026
Dünya
WUF13 nəqliyyat sistemi fəaliyyətə başlayıb
19:01 15.05.2026
Cənubi Qafqaz
Ərdoğan Əhməd Yəsəvi məqbərəsinə qədim əlyazma Quran bağışlayıb
18:54 15.05.2026
Dünya
Ailə dəyərləri milli məsələ səviyyəsinə çatıb - EKSPERT
18:39 15.05.2026
Cəmiyyət
WUF13 üçün onlayn qeydiyyat başa çatıb
18:32 15.05.2026
Aktual
WUF13 üçün onlayn qeydiyyat başa çatıb
18:30 15.05.2026
Cəmiyyət
Azərbaycan-Rusiya iqtisadi münasibətləri müzakirə olunub
18:18 15.05.2026
Gündəm
Merz Trampa zəng etdi: Hörmüz açılmalıdır!
18:00 15.05.2026
Dünya
Putin Pekinə məcbur qalıb getdi - POLİTOLOQ
17:44 15.05.2026
Dünya