Neftçalada balıq tutmaq istəyən şəxs boğularaq ölüb

Neftçalada balıq tutmaq istəyən 64 yaşlı kişi dənizdə boğulub.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Mayak kəndində baş verib.

Neftçala şəhər sakini 1962-ci il təvəllüdlü Məmmədov Habil Qabil oğlu Xəzər dənizində balıq ovu etmək istəyərkən suya düşərək boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır.