Oğlu öldü, borclu çıxdı: Yaslı anadan 8 milyon tələb olundu

Güler Ergül, bir avtomobil qəzasında həm oğlunu itirdi, həm də 8 milyon lirə borclu çıxdı. Övladını itirən ananın acısı, sığorta şirkətinin açdığı iddia ilə daha da artdı. 

Sherg.az xəbər verir ki, qəza 12 iyun 2022-ci il tarixində İstanbul-İzmir magistral yolunda baş verib.

26 yaşlı Baran Çinkılıç, nasazlıq yaranmış avtomobildə olanlara kömək etmək üçün təhlükəsizlik zolağına dayanmışdı. Sürətlə gələn və sürüşən lüks avtomobil onun ölümünə səbəb olub.

Sığorta şirkəti məhv olmuş lüks avtomobil üçün sahibinə 16 milyon ödəyib. Pulun yarısını tələb etmək üçün Baran Çinkılıçın anası Güler Ergülə təzminat iddiası açıb.

Qəza hesabatında çarpan sürücü günahkar hesab edilib, lakin Baran Çinkılıçın da xəbərdarlıq lövhəsi qoymalı olduğu qeyd edilib. Ölümə səbəb olan sürücü isə 54 min lirə cərimə olunub.

Ana Güler Ergül hazırda sığorta şirkəti ilə başlayacaq məhkəməni gözləyir.