Oğuzda 47 yaşlı qadın qətlə yetirilib

Noyabrın 16-da saat 8 radələrində Oğuz rayonunun Bayan kəndində 47 yaşlı Zahidə Qəhrəmanova kəsici alətlə qətlə yetirilib.

APA-nən yerli bürosu xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən qadının oğlu, 15 yaşlı O.Q polis tərəfindən saxlanılıb.

Fakt üzrə araşdırma aparılır.