Ölü halda tapılıb: Nəsli tükənməkdədir

Nəsli tükənməkdə olan Aralıq dənizi foku, Antalya körfəzində ölü halda tapılıb.

Sherg.az xəbər verir ki, Antalyanın Konyaaltı rayonu açığında bir balıqçı suyun üzərində hərəkətsiz qalan Aralıq dənizi foku görüb.

Balıqçının xəbərdarlığından sonra əraziyə gələn qruplar foku nəzərdən keçirərək onun öldüyünü müəyyənləşdiriblər.

Ölü fok qayıqa götürülərək Böyük Çaltıcak çimərliyinə çıxarılıb.

Balıqçı Yusuf Kara jurnalistlərə açıqlamasında suyun üzərində hərəkətsiz dayanan bir cisim gördüyünü və yaxınlaşdıqdan sonra bunun balaca bir Aralıq dənizi foku olduğunu başa düşdüyünü deyib.

Kara əlavə edib: “Əlimizdən heç nə gəlmədi. Çox məyusuq.”