Pinti, sərsəm həyat yaşadı: Anlatdıqları ilə "Tik-Tok"da gündəm oldu
Yusif Nəzərli
08:48 19.05.2022
Hadisə
565
Koronavirus pandemiyasının insanları təmizliyə, gigiyenaya daha həssas yanaşmaq məcburiyyətində qoyduğu bəllidir. Hətta həkimlər pandemiya mövcud olduğu dönəmlərdə qrip, digər yoluxucu və tənəffüs yolları xəstəliklərinin nəzərəçarpan dərəcədə azalmasını da insanların tibbi maskalardan, qoruyucu əlcəklərdən, gigiyenik məhsullardan daha çox istifadə etmələriylə əlaqələndirirdi. Amma pandemiyanın həyat tərzini dəyişdirdiyi insanlar da az olmadı.
“Şərq” “Milliyet.com”a istinadən xəbər verir ki, bu cür insanlardan biri də İngiltərədə yaşayan 35 yaşlı Annabel Fenwick Elliotdur. Annabel “Tik-Tok”dakı paylaşımlarıyla gündəmə gəlib. Qadın sürdürdüyü həyat tərzi barədə “Tik-Tok”da paylaşımlar edib. Annabel qeyd edib ki, pandemiya müddətində başqalarından fərqli olaraq sərbəst hərəkət etmək üçün Londonu tərk edərək əhalisi seyrək qəsəbələrdən birinə köçüb. Bununla da cəmiyyətdən kənar düşüb. İnsanlarla çox az ünsiyyət yaradıb, tənhalığa çəkilib. İnsanlarla çox az görüşdüyündən, təmas yaratmadığından şəxsi gigiyenasına da diqqət etməyib. Dişlərini fırçalamağı, hər gün səhər duş almağı, hətta saçlarını daramağı, özünü səliqəyə salmağı da tərgidib. Annabel bu kimi işlərin mənasız olduğunu yazıb və gələn təpkilərə qarşı özünümüdafiəyə keçib. Özünü “Tik-Tok”da “İyrənc qadın” olaraq tanıtmağa başlayıb. “Bəzən bir həftə duş almıram. Bu niyə problem kimi qarşılanır? İslanmağı, sonra da qurulanmağı və üşüməyi sevmirəm.
Dezodorant da istifadə etmirəm. Buna heç bir gərək yoxdur. Yalnız marketə gedəndə dezodorantdan istifadə edirəm ki, ətrafdakılar məndən iyrənməsin. Ümumən, kimsəni görmürəm, deməli, kiminsə məndən, mənim də kimsədən rahatsız olmağım mümkün deyil. Özümü çirkli, natəmiz də hiss etmirəm”, yazan Annabel dişlərini hər səhər fırçalamaqdan vaz keçdiyini, səhər yuxudan oyanar-oyanmaz yemək hazırlıqlarına başladığını və yeməklərdən bu vəziyyətdə daha yaxşı dad aldığını da qeyd edib. Annabel mətbəxdə istifadə etdiyi qabları da yuyucu maye ilə yumadığını, paltarların yuyulmasına da daha az yuyucu toz istifadə etdiyini, hətta yatağını toplamadığını da yazıb.
“Yuyucu mayelərə, tozlara qarşı deyiləm. Sadəcə “hippiyəm”, yazan Annabelə alçaldıcı mesajlar da gəlib. Bəziləri bu qadını “pinti”, “iyverən” adlandırıb. Bununla belə Annabelin minlərlə izləyicisi var.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Qızıl top" səsverməsində rəsmi nəticələr açıqlandı
01:32 31.10.2026
Futbol
Erməni ombudsmandan "türk" sözü ilə bağlı - BƏYANAT
01:11 31.10.2026
Cənubi Qafqaz
ABŞ Yaxın Şərqə əlavə hərbi texnika göndərir
00:49 31.10.2026
Gündəm
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə
“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək
19:30 30.10.2026
Futbol
U-15 dünya çempionatı: İspaniya çempion olub
19:21 30.10.2026
İdman
Paşinyanı devirmək, müharibəni alovlandırmaq istəyirlər - ŞƏRH
19:13 30.10.2026
Gündəm