Puma 9 yaşlı qıza hücum etdi
Yusif Nəzərli
08:33 02.06.2022
Hadisə
631
Uşaq başından, üzündən, bədənindən ağır yaralar alıb
Qorxunc hadisə ABŞ-ın Vaşinqton əyalətində, istirahət zonalarından birində yaşanıb. “Şərq” “Milliyet.com”a istinadən xəbər verir ki, 9 yaşlı Lili A. Krjanivski ailəsiylə birlikdə Vaşinqton yaxınlığındakı Stevens bölgəsində yerləşən kilsə düşərgəsinə istirahətə gedib. Düşərgədə çadırlar qurub istirahət edən ailələrin uşaqları ətrafda oynayırmış. Lili isə uşaqlarla gizlənqaç oynamağa başlayıb. Bir qaya arxasında gizlənən qızcığaz dağ aslanı – pumanın qəfil hücumuna məruz qalıb.
Uşağın səsi gələn tərəfə qaçan adamlar Lilini qanlar içində görüb. Qızın başı, üzü, bədəninin bir çox yeri ağır yara alıb. Lili təcili yaxınlıqdakı xəstəxanaya çatdırlıb. Həkimlərin vaxtında müdaxiləsi sayəsində Lilinin həyatı xilas edilib.
Uşağın başına, üzünə, bədəninə çoxsaylı tikişlər vurulub. Həkimlər Lilinin həyatda qalmasını qısa zamanda xəstəxanaya çatdırılmasıyla izah edib. Vaxt itkisi olsaydı, bəlkə də Lili bu gün həyatda olmayacaqdı. Uşağa hücum edən puma isə öldürülüb.
Vəhşi təbiət üzrə mütəxəssislər 9 yaşlı qıza hücum edən pumanın gənc erkək olduğunu, lakin quduz olmadığını müəyyən ediblər. Mütəxəssislər turistlərə məsləhət görür ki, vəhşi heyvanlarla qarşılaşdıqlarında qaçmasınlar, özlərini “ölülüyə” vurmasınlar, əksinə, heyvanlara güc nümayiş etdirsinlər.
Bunun üçün yavaş-yavaş geri addımlayaraq yaxınlıqdakı yüksək bir qayanın, təpənin üzərinə çıxmaq, əlləri başının üstünə qaldırıb “böyük cüssəli” görkəm almaq, iddialı görünmək, ona tərəf daş və ya başqa bir şey atmaq, qışqırıb bağırmaq lazımdır. Vəhşi heyvanlar bu halda çəkilib gedirlər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə
“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək
19:30 30.10.2026
Futbol
U-15 dünya çempionatı: İspaniya çempion olub
19:21 30.10.2026
İdman
Paşinyanı devirmək, müharibəni alovlandırmaq istəyirlər - ŞƏRH
19:13 30.10.2026
Gündəm
Zelenski sabah Türkiyəyə gedir
18:51 30.10.2026
Dünya
Şəmkirdə azyaşlını avtomobil vurub
18:51 30.10.2026
Hadisə
Media məsuliyyəti: etik prinsiplər və qanunvericilik
18:45 30.10.2026
Media
Paşinyan Alen Simonyanı Moskvaya göndərir
18:06 30.10.2026
Region
Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
17:41 30.10.2026
Gündəm