Qanlı dava: Keçmiş sevgilisini öldürüb intihar etdi
11:55 11.09.2025
Hadisə
337
İzmirin Urla rayonunda bir nəfər əyləncə məkanında mübahisə etdiyi keçmiş sevgilisini silahla vuraraq öldürdükdən sonra intihar edib.
Sherg.az xəbər verir ki, hadisə dünən saat 23:30 radələrində Urla rayonunun Yeni Məhəllə, Dere küçəsindəki əyləncə məkanında baş verib. R.G. (34) ilə keçmiş sevgilisi Selin Angun (33) arasında hələ müəyyən edilməmiş səbəbdən yaranan mübahisə davaya çevrilib.
R.G. tapança ilə Anguna atəş açaraq onu yaralayıb. Bu zaman Ü.A. (23) və D.T. (27) də xəsarət alıblar. Ətrafdakılar hadisə barədə təcili yardıma və polisə məlumat veriblər.
Ambulanslarla xəstəxanaya aparılan yaralılardan Selin Angunu həkimlərin müdaxiləsinə baxmayaraq xilas etmək mümkün olmayıb.
Digər iki yaralının xəstəxanadakı müalicələrinin davam etdiyi bildirilib. Polis hadisədən sonra qaçan R.G.-nin tutulması üçün əməliyyat-axtarış tədbirlərinə başlayıb.
Axtarışlar davam edərkən Urlada bir evdən silah səsi eşidənlər bunu polisə bildiriblər. Ünvanına gedən polis əməkdaşları R.G.-nin meyitini aşkar ediblər.
Müəyyən edilib ki, şübhəli R.G. tapança ilə intihar edib. Hadisə ilə bağlı istintaq başladılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp İrana hücum xəbərdarlığı etdi
16:42 17.08.2026
Gündəm
Magistral kəmərlərlə qazın nəqli 2%-dən çox artıb
16:41 17.08.2026
İqtisadiyyat
Yaponiya səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb
16:26 17.08.2026
Dünya
Tovuzda 26 yaşlı qadın itkin düşüb - FOTO
16:07 17.08.2026
Hadisə
Donald Tramp: İranla müharibəni dayandırmağa tələsmirəm
15:44 17.08.2026
Dünya
Azərbaycanın dənli bitki ixracı 54%-ə yaxın artıb
15:20 17.08.2026
İqtisadiyyat
ABŞ və İran atəşkəsin uzadılması barədə razılığa gəldi
15:10 17.08.2026
Son dəqiqə
Ukrayna səfiri dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür edib
15:03 17.08.2026
Siyasət
İran Omanla Hörmüz boğazı üzrə danışıqları davam etdirir
14:45 17.08.2026
Dünya
Artur Ovannisyan: KTMT-dən asılı qalmaq niyyətində deyilik
14:15 17.08.2026
Gündəm
İranda Xəzərlə bağlı beştərəfli görüş keçiriləcək
13:55 17.08.2026
Dünya
Növbəti köç karvanı Xocavəndə çatdı - YENİLƏNDİ
13:50 17.08.2026
Gündəm
Şərif Trampı təriflədi: Cəsarətli lider…
13:39 17.08.2026
Dünya
Rusiya Türkiyəni Qərbdən uzaqlaşdırmaq istəyir - Hasan Oktay
13:02 17.08.2026
Gündəm
İran Bərzaninin ofisini vurdu
12:31 17.08.2026
Dünya