Qapalı məkanda işlək mühərrik ölüm saçır - Mütəxəssis RƏYİ

Füzuli rayonunun Qarabağ kəndində ölüm hadisəsi qeydə alınlıb. Teleqraf xəbər verir ki, kəndə işləməyə gedən əmi və qardaşı oğlu avtomobili işlək vəziyyətdə saxlayaraq yatıblar. Avtomobilin qızdırıcı sistemində yaranan karbonmonoksid qazı onların boğulmasına səbəb olub.

Hadisə nəticəsində 1977-ci il təvəllüdlü Hətəmov Bayram Cavan oğlu və onun qardaşı oğlu 1998-ci il təvəllüdlü Hətəmli Vüsal Natiq oğlu həyatını itirib. Faktla bağlı araşdırma aparılır.

Nəqliyyat məsələləri üzrə mütəxəssis Eldəniz Cəfərov “Sherg.az”a açıqlamasında bildirdi ki, qapalı məkanda avtomobilin mühərriki işləyirsə, insan bilməlidir ki, mühərrik dəm qazı buraxa bilər və o zəhərlənə bilər.

Görünür, həmin şəxslər avtomobilin mühərrikini işlək vəziyyətdə saxlayıblar ki soyuq olmasın. Amma dəm qazı yarana biləcəyi reallığını yaddan çıxarıblar, əhəmiyyət verməyiblər. Nəticədə bədbəxt hadisənin qurbanı olublar. Mühərrik işlək vəziyyətdədirsə, avtomobilin qapılarını, pəncərələrini bağlayıb yatmaq olmaz. Bu, real təhlükədir. Allah rəhmət eləsin.