Bakı şəhərinin Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində güclü yanğın başlayıb.
Sherg.az xəbər verir ki, yanğın qəsəbə ərazisindəki təpəlik sahədə qeydə alınıb. Alovun geniş əraziyə yayıldığı, tüstünün isə uzaq məsafədən göründüyü bildirilir. Yanğın yaşayış evlərinə yaxın ərazidə baş verdiyindən sakinlər arasında narahatlıq yaranıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları cəlb olunub. Hazırda alovun söndürülməsi və yaşayış məntəqələrinə keçməsinin qarşısının alınması istiqamətində tədbirlər görülür.
Yanğının başvermə səbəbi və zərərçəkənlərin olub-olmaması barədə hələlik rəsmi məlumat açıqlanmayıb.
