Qaradağda dərmandan zəhərlənən 36 yaşlı kişi xəstəxanada ölüb

Qaradağ rayonunda dərmandan zəhərlənən 36 yaşlı kişi xəstəxanada ölüb.

APA-nın məlumatına görə, hadisə ötən gün rayonun Lökbatan qəsəbəsində baş verib.

Qəsəbə sakini 1990-cı il təvəllüdlü İsgəndər Hacıyev fevralın 3-də dərmandan zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. O, fevralın 6-da orada ölüb.

Faktla bağlı araşdırma aparılır.