Qazaxda çayda batan yeniyetmənin meyiti tapıldı

Qazaxda çayda boğulan 14 yaşlı yeniyetmənin meyiti tapılıb.

Axar.az xəbər verir ki, Bala Çaylı kənd sakini 2012-ci il təvəllüdlü Murad Mehdi oğlu Sadıqov kəndin ərazisindən keçən Coğaz çayında çimərkən boğulub.

M.Sadıqovun meyiti sudan çıxarılıb.

Araşdırma aparılır.