Qazi Prezidentə haqq qazandırdı:“Məmurlar şəhid ailəri və qazilərə yardım etməlidirlər”
Yusif Nəzərli
14:16 02.05.2022
Hadisə
854
“Yalnız belə olduqda onlar kənarda qalıb unudulmaz, bu torpaq üçün, bizlər üçün itirdikləri heç bir şeyə görə peşman olmazlar"
Prezident İlham Əliyev Bakının Sabunçu rayonunda şəhid ailələri və müharibə əlilləri üçün yeni yaşayış kompleksinin açılışında çıxış edib. Çıxış zamanı dövlət başçısı bildirib ki,bütün dövlət məmurları şəhid ailələri ilə bir yerdə olmalı,onlara kömək göstərməlidir".Ölkə başçısı həmçinin qeyd edib ki, bizim əsas borcumuz erməniləri torpaqlarımızdan qovmaq idi və buna nail olduq. İndi isə şəhidlərimizin yaxınlarına diqqət göstərmək hər bir dövlət məmurunun borcudur və cəmiyyətdə bu məsələ ilə bağlı tam həmrəylik var.
Qarabağ qazisi,ehtiyatda olan XTQ giziri Natiq Mehdiyev bu barədə "sherg.az"a danışıb:
"Cənab Prezident hər çıxışında qeyd edir ki, dövlət məmurları dövlətin xalqın qulluqçuları, xidmətçiləridir. Buna rəğmən bəzi dövlət qurumları və bəzi məmurlar buna laqeyd yanaşır və buna görə də mütəmadi olaraq Ali Baş Komadanımız tərəfindən cəzalarını alırlar".
N.Mehtiyevin sözlərinə görə, məsələ şəhid ailələri, qazilər olduqda burda nəinki dövlət məmurları hətta sıravi insanlar da çox diqqətli olmalıdırlar:
"Gərək onların xətrinə dəyməyək və unutmayaq ki, şəhidlərimizin, qazilərimiz bizim övladlarımız yetim qalmasın deyə öz övladlarını yetim qoyub döyüşə getdilər. Şəhid ailələrinə və qazilərə sıravi insanlar davranışları ilə diqqət və qayğı göstərməli, məmurlar isə onların işlə təmin olunmasına yardım etməlidir. Yalnız belə olduqda onlar kənarda qalıb unudulmaz, bu torpaq üçün, bizlər üçün itirdikləri heç bir şeyə görə peşman olmazlar".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kipr sahillərində gəmi qəzasına görə 3 azərbaycanlı saxlanılıb
17:03 03.09.2026
Hadisə
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
16:50 03.09.2026
Ölkə
Seneqallı nazir DOST Mərkəzi ilə tanış olub
16:39 03.09.2026
Sosial
Atımı satıb Bakıya, Qurultaya gəldim - Tatar kəndlisi nə danışırdı?
16:37 03.09.2026
Tarix
Ukrayna Soçi limanında Rusiya gəmisini vurdu
16:35 03.09.2026
Dünya
Şagirdlərin yerdəyişməsi dayandırılır
16:12 03.09.2026
Elm və Təhsil
Himayədar ailə modelinin tətbiqi prosesi daha da sadələşdirildi
15:43 03.09.2026
Cəmiyyət
Paşinyandan Zaxarovaya cavab: Bunu haradan çıxardılar?
15:35 03.09.2026
Dünya
İranın danışıqlara qayıtması üçün ABŞ-yə dörd şərti var
15:14 03.09.2026
Gündəm
Rayonlarda kommunal xidmətlər ucuzlaşa bilərmi? - VACİB AÇIQLAMA
14:41 03.09.2026
Sosial
Paşinyan: Kərkidə ermənilər yaşasa da Ermənistan ərazisi deyil
14:05 03.09.2026
Gündəm