Qətllərin sayı çoxalır ! - “Məsələnin kökü araşdırılmalıdır” - Sosioloji sorğu keçirilsin!
Fidan Həmişəyeva
14:56 18.09.2020
Hadisə
964
“Dəqiq səbəblər bəlli olduqdan sonra problemdən çıxış yolları düşünülməlidir”
Bu gün səhər saatlarında Xaçmazın Ləcət kəndində dəhşətli qətl baş verib. Kənd sakini 46 yaşlı Rəhman Osmanov ov tüfəngi ilə qayınanası və qayınatasını güllələyib. Aldığı xəsarətdən qayınanası 57 yaşlı Sona Yunusova yerindəcə ölüb. Qayınatası Beykəs Yunusov isə Xaçmaz rayon mərkəzi xəstəxanasına çatdırııb.
Hələlik hadisənin hansı səbəbdən baş verdiyi bəlli deyil. Lakin səbəb nə olur olsun, heç kəsin bu cür cinayəti törətmək haqqı yoxdur. Çünki söhbət ilk olaraq insan həyatından gedir. Psixologiyası yerində olmayan, ani bir əsəblə dəhşətli əməllər törədən şəxslər cinayət məsuliyyətinə cəlb edilir. Amma dəyişən bir şey yoxdur. Görünür, cəmiyyətimizdə nələrsə düzgün getmir ki, belə qəddarlıqların, vəhşiliklərin şahidi oluruq.
Baş verənləri “Sherg.az”a dəyərləndirən hüquq müdafiəçisi Səidə Qocamanlı bildirib ki, qətl hadisəsi törədən şəxs mütləq qanun qarşısında cavab verməlidir. S.Qocamanlı qeyd edib ki, son zamanlar cəmiyyətimizdə qətllərin sayı çoxalır:
“Bu cür vəhşiliklər çoxaldığı üçün ilk olaraq hadisənin baş verməsinə səbəb olan amilləri araşdırmaq lazımdır. Təbii ki, səbəblər müxtəlifdir: psixoloji, maddi, mənəvi və.s səbəblər var. Bunların hamısını cəmiyyət araşdırmalıdır.
Sosioloji sorğular keçirilməlidir ki, niyə belə hallar baş verir. Əsas məsələlərdən biri isə hadisənin kökünün araşdırılmasıdır.
Ağır cinayət törədirlər, həbs olunurlar, amma bu olanlar heç kimə dərs olmur. Başqa bir əyalətdə və regionda yenə də belə hallar yaşanır. Ona görə də məsələnin kökü araşdırılmalıdır.
Dəqiq səbəblər bəlli olduqdan sonra problemdən çıxış yolları düşünülməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qaluzin: TRIPP-in perspektivləri birmənalı deyil
16:53 29.06.2026
Dünya
Bakıda dörd yaşlı uşaq 5-ci mərtəbədən yıxılaraq ölüb
16:41 29.06.2026
Hadisə
Folklor kollektivləri üçün geyimlər hazırlanır
16:27 29.06.2026
Ölkə
Putin yanacaq böhranına görə benzinin ixracını qadağan etdi
16:12 29.06.2026
Gündəm
Türk dünyasının mərkəzi artıq Azərbaycandır - ŞƏRH
15:48 29.06.2026
Gündəm
Rusiya MN: Kirovoqrad vilayətində yanacaq anbarına zərbə endirilib
15:30 29.06.2026
Dünya
Astanada Qazaxıstan və Gürcüstan liderlərinin görüşü oldu
15:24 29.06.2026
Dünya
Azərbaycanda 63 yaşlı qadın ana oldu - 38 ildən sonra...
15:23 29.06.2026
Cəmiyyət
“Beşiktaş”a “Barselona”dan gənc yarımmüdafiəçi təklifi
15:20 29.06.2026
Futbol
Şəmkirdə yeniyetmənin meyiti tapılıb
15:08 29.06.2026
Hadisə
CHP-də qurultay böhranı məhkəməyə daşınır: Gərgin həftə başladı
14:33 29.06.2026
Siyasət
Rusiya Dneprə ballistik raketlə zərbə endirib, 4 nəfər ölüb
14:00 29.06.2026
Dünya