Qobu qəsəbəsində 9 marketdən oğurluq edən şəxs saxlanılıb
14:53 03.05.2022
Hadisə
602
Saxlanılan şəxs oğurladığı məhsulları yaşadığı evin həyətində qazaraq torpağın altında gizlədib
Abşeron rayonu Qobu qəsəbəsində yerləşən marketlərdən birindən oğurluq edilib.
DİN-dən Trend-ə bildirilib ki, marketin sahibi Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinə müraciət edərək naməlum şəxsin obyektə daxil olaraq oradan dəyəri 15 min manat olan tütün və ərzaq məhsulları, eləcə də kassada olan nağd pulu ələ keçirdiyini bildirib. Eyniməzmunlu şikayətlərlə ətraf ərazidə olan daha bir neçə obyektdən Polis Bölməsinə şikayətlər daxil olub.
Hadisə yerlərinə baxış keçirilən zaman müəyyən edilib ki, oğurluqlar eyni şəxs tərəfindən törədilib. Qobu Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində hadisələri törətməkdə şübhəli bilinən əvvəllər məhlum olunmuş Qobu qəsəbəsində yaşayan Polad Piyamı saxlanılıb. O ifadəsində qəsəbə ərazisində yerləşən ümumilikdə 9 marketdən oğurluqlar etdiyini bildirib. Polad Piyamınin evinə baxış zamanı onun oğurluq yolu ilə ələ keçirdiyi məhsulların bir qismi qazaraq torpağın altında gizlətdiyi yerdən aşkar edilib.
Faktlarla bağlı Qobu Polis Bölməsində toplanan materiallar Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Saxlanılan şəxsin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Huawei”in yeni telefon markası “Starlight” olacaq
06:42 31.10.2026
Texnologiya
Xüsusi aparata ehtiyac yoxdur - Tiftiyi bir hərəkətlə yox edir
06:06 31.10.2026
Relaks
Çin Almaniya ilə süni intellekt sahəsində əməkdaşlıq edəcək
05:25 31.10.2026
Dünya
Qırmızı xalıda opüşdülər!
04:50 31.10.2026
Şou
Hakan Fidan Marko Rubio ilə görüşdü
04:14 31.10.2026
Gündəm
Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır
03:33 31.10.2026
Sağlamlıq
"Qızıl top" səsverməsində rəsmi nəticələr açıqlandı
01:32 31.10.2026
Futbol
Erməni ombudsmandan "türk" sözü ilə bağlı - BƏYANAT
01:11 31.10.2026
Cənubi Qafqaz
ABŞ Yaxın Şərqə əlavə hərbi texnika göndərir
00:49 31.10.2026
Gündəm
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol