Moskvada yüksək rütbəli general Vladimir Alekseyevə silahlı hücum olub və o, xəstəxanaya yerləşdirilib. Hücumu edən şəxs hadisə yerindən qaçıb, kimliyi hələ məlum deyil.
Sherg.az xəbər verir ki, hadisə son dövrlərdə Rusiya ordusunun yüksək vəzifəli üzvlərinə qarşı sui-qəsd cəhdlərinin davamı hesab olunur. Alekseyev həm Suriyada kəşfiyyat əməliyyatlarını idarə edib, həm də 2023-cü ildə Priqojin üsyanında danışıqlarda iştirak etmişdi.