Rusiyada məktəbli qız şagirdlərə hücum edib, yaralılar var

Rusiyada məktəbli qız təhsil aldığı müəssisədə yanğın törədib, xəsarət alanlar var.

APA “Kommersant”a istinadən xəbər verir ki, hadisə Krasnoyarsk şəhərində yerləşən məktəblərdən birində baş verib.

Belə ki, 8-ci sinif şagirdi qız sinif yoldaşlarının bir neçəsinin üzərinə yandırıcı maye tökərək onları yandırıb, daha sonra çəkiclə zərbələr endirib.

Məlumata görə, hadisə nəticəsində beş nəfər zərər çəkib, onlardan biri 50% bədən yanığı ilə xəstəxanaya yerləşdirilib.

Hadisənin motivləri və digər səbəbləri ilə bağlı araşdırmaların davam etdiyi bildirilib.