Sabirabad sakini həmkəndlisini qətlə yetirib - YENİLƏNİB
Yusif Nəzərli
06:26 15.09.2025
Hadisə
400
Sabirabadda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub.
Sabirabad rayon prokurorluğundan APA-ya verilən məlumata görə, sentyabrın 14-də saat 23 radələrində Sabirabad rayon sakini 1983-cü il təvəllüdlü Rüstəm Əliyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırma zamanı 1992-ci il təvəllüdlü Əli Əliyevin rayonun Moranlı kəndi ərazisində aralarında yaranmış mübahisə zamanı həmkəndlisi Rüstəm Əliyevə bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sabirabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Əli Əliyev iş üzrə şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam etdirilir.
***
08.56
Sabirabad rayonunda qətl hadisəsi baş verib.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə ötən gecə Sabirabad rayonunun Moranlı kəndində baş verib.
Moranlı kənd sakini, 1992-ci il təvəllüdlü Əliyev Əli həmkəndlisi 1983-cü il təvəllüdlü Əliyev Rüstəm Mehman oğlunu çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirdikdən sonra başını bədənindən ayırıb.
Əli Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı Sabirabad prokuroluğunda araşdırma aparılır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: "ABŞ İranla bağlı qərarını tezliklə verəcək"
23:38 13.10.2026
Aktual
"Qarabağ" "Sabah"ı təbrik etdi
23:19 13.10.2026
Futbol
Trampdan husilərə xəbərdarlıq: "Mən bunu heç vaxt unutmayacağam"
23:00 13.10.2026
Dünya
Netanyahu Trampla İrana hücumların bərpasını müzakirə etdi
22:20 13.10.2026
Gündəm
Arda Turan Türkiyə millisi ilə bağlı qərarını açıqladı
22:02 13.10.2026
Futbol
Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun
21:17 13.10.2026
Dünya
Ərdoğanın vasitəçiliyi sülhə yol aça bilər, amma bir şərtlə - ŞƏRH
20:32 13.10.2026
Gündəm
Ərdoğandan Səudiyyəyə dəstək...
20:21 13.10.2026
Aktual
Belçikanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
20:13 13.10.2026
Gündəm
Paşinyanın təyyarəsi 5 ay sonra İrəvana qayıtdı
20:05 13.10.2026
Cənubi Qafqaz
Dələduzluq edən dörd nəfər saxlanıldı
19:50 13.10.2026
Hadisə
Barmaq çıtlatmaq zərərlidirmi? - Oynaq iltihabına səbəb olurmu?
19:41 13.10.2026
Sağlamlıq
Dizel sazişi Rusiya və ABŞ-ın maraqlarına cavab verir
19:39 13.10.2026
Aktual
Polis 2 kiloqram narkotik vasitə aşkarladı
19:26 13.10.2026
Hadisə
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət