
Şamaxı və Zaqatala risk altında: Ekspertlər əhalini hazırlıqlı olmağa çağırır
14:05 14.08.2025
Hadisə
358
Ötən gün Türkiyənin Balıkesir şəhərində 6,1 maqnitudalı zəlzələ olub.
Bu barədə “TRT Haber” məlumat yayıb.
Qeyd edilib ki, yeraltı təkanların miqyası güclü olub. İstanbul, Trakya və İzmir şəhərlərində də hiss edilib. Zəlzələ ocağı 11 kilometr dərinlikdə yerləşib. Təxminən 20 saniyə davam edib.
Ekoloq Qorxmaz İbrahimli “Sherg.az”a açıqlamasında deyib ki, Türkiyənin Balıkəsir vilayətində baş vermiş zəlzələ gözlənilən hadisə idi:

“Belə ki, həmin ərazidə yerləşən fay xətlərində gərginlik mövcud idi və seysmoloqlar müəyyən müddətdir bu barədə xəbərdarlıq edirdilər. Nəticədə gözlənilən hadisə baş verdi. Ümid edək ki, bundan daha ağır və daha təhlükəli zəlzələlər baş verməyəcək və mövcud gərginlik bu hadisə ilə boşalmış olacaq. Bu qırılma nəticəsində uzun müddət həmin fay xətlərində yenidən parçalanma baş verməyə bilər. Azərbaycan da tektonik zonada yerləşir və burada zəlzələlər hər zaman müşahidə olunur. Zaman-zaman 4–5 bal, hətta 6 bal gücündə zəlzələlərə şahidlik etmişik. Yaxın vaxtlarda Şamaxı və Zaqatala rayonlarında baş vermiş zəlzələləri xatırlamaq olar. Bu səbəbdən əhali belə hadisələrə hazır olmalı, dövlət qurumları və müvafiq strukturlar isə hər zaman hazırlıqlı vəziyyətdə olmalıdırlar. Eyni zamanda, tikinti sahəsində keyfiyyətə ciddi diqqət yetirilməli, mövcud binalarda bərkitmə işləri aparılmalı və qabaqlayıcı tədbirlər görülməlidir. Fay xətlərinin yerləşməsi mütəxəssislərə məlumdur. Azərbaycan seysmoloqları bu əraziləri daima nəzarətdə saxlayır və zəhmət çəkərək vaxtında xəbərdarlıqlar etməlidirlər. Harada təhlükə gözlənildiyi və hansı bölgələrdə gərginliyin yüksək olduğu barədə ictimaiyyətə məlumat verilməlidir. Ümid olunur ki, Azərbaycanda dağıdıcı zəlzələ baş verməyəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Netanyahu İranda hakimiyyət dəyişikliyi üçün vaxt verdi
16:24 14.10.2026
Gündəm
İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəldi
16:21 14.10.2026
Gündəm
Bakının mərkəzində kəlağayı ilə yürüş keçirilib - FOTO
15:55 14.10.2026
Aktual
Kreml: Putin və Tramp arasında görüş hələ razılaşdırılmayıb
15:10 14.10.2026
Gündəm
Aİ Ukraynaya 2,86 milyard avro ayırdı
15:06 14.10.2026
Gündəm
Bu evlərə “kupça”a verilməyəcək
14:42 14.10.2026
Sosial
Pensiya alanlara ŞAD XƏBƏR!
14:00 14.10.2026
Sosial
Bacısı oğluna işgəncə verən falçı...
13:58 14.10.2026
Hadisə
Vyetnamın Vitse-prezidenti Azərbaycana səfərə gəlib
13:55 14.10.2026
Gündəm
Xarkov vilayətində 5 Ukrayna hərbçisi güllələnib
13:39 14.10.2026
Dünya
Hörmüz boğazında konteyner daşıyan gəmi minaya düşdü
13:37 14.10.2026
Dünya
İran telekanalının Azərbaycana qarşı informasiya hücumu ifşa olundu
13:18 14.10.2026
Media
Yüzlərlə uşaq qatili erməni separatçı məhv edildi
13:14 14.10.2026
Aktual
Kartdan karta ödənişlərdə tutulmalar - Belə olacaq
13:11 14.10.2026
İqtisadiyyat