Samuxda evdə meyit tapılıb.
APA-nın yerli bürosunun məlumatına görə, rayon sakini 2000-ci il təvəllüdlü Ə.Ələkbərovun meyiti yaşadığı evdə aşkarlanıb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.
Ölümün hansı səbəbdən baş verməsi məlum deyil.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.