Şarj batareyası bomba kimi partladı, sərnişinlər təxliyə edildi
16:13 07.11.2025
Hadisə
292
Avstraliyanın Melburn şəhərindəki hava limanında 50 yaşlarında olan bir sərnişinin cibindəki daşına bilən şarj cihazı (poverbank) həddindən artıq isinərək alovlanıb. Nəticədə sərnişinin ayaqlarında və barmaqlarında yanıq xəsarətləri yaranıb.
Sherg.az xəbər verir ki, Qantas Hava Yollarına məxsus xüsusi sərnişin zalında baş verən hadisə zamanı şarj cihazı qısa müddətdə alov topuna çevrilib. Zalın tüstü ilə dolmasının ardından təxminən 250 nəfər dərhal təxliyə edilib. Adı açıqlanmayan sərnişinə ilkin tibbi yardım hava limanı əməkdaşları tərəfindən göstərilib, daha sonra xəstəxanaya aparılan yaralı müalicədən sonra evə buraxılıb.
Qantas Hava Yollarının nümayəndəsi bildirib ki, hadisədən sonra xüsusi sərnişin zalı təmizlənərək təxminən 2 saat sonra yenidən istifadəyə açılıb. Şirkət hazırda daşına bilən şarj cihazları da daxil olmaqla litium batareyaların daşınması qaydalarını yenidən gözdən keçirir.
Bir çox hava yolu şirkəti də sərnişinlərə belə batareyaları baş üstü dolablarda deyil, əllərinin altında-oturacaq ciblərində və ya qarşıdakı oturacağın altındakı çantada saxlamağı tövsiyə edir.
Xatırladaq ki, iyul ayında Sidney-Hobart reysi zamanı da baş üstü dolabında yerləşən bir güc bankı yanğına səbəb olmuşdu.
Turan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ və Yaponiya liderləri telefonla danışıb
20:22 15.05.2026
Dünya
"Şəfa" Premyer Liqaya vəsiqə qazanıb
19:57 15.05.2026
Futbol
Venesuelada dövlət neft şirkətinin müəssisəsində yanğın baş verib
19:48 15.05.2026
Dünya
İsrailin hücumları nəticəsində Livanda ölənlərin sayı 2951-ə çatdı
19:40 15.05.2026
Dünya
CENTCOM: ABŞ Hörmüz boğazında 75 ticarət gəmisini saxlayıb
19:33 15.05.2026
Dünya
WUF13 nəqliyyat sistemi fəaliyyətə başlayıb
19:01 15.05.2026
Cənubi Qafqaz
Ərdoğan Əhməd Yəsəvi məqbərəsinə qədim əlyazma Quran bağışlayıb
18:54 15.05.2026
Dünya
Ailə dəyərləri milli məsələ səviyyəsinə çatıb - EKSPERT
18:39 15.05.2026
Cəmiyyət
WUF13 üçün onlayn qeydiyyat başa çatıb
18:32 15.05.2026
Aktual
WUF13 üçün onlayn qeydiyyat başa çatıb
18:30 15.05.2026
Cəmiyyət
Azərbaycan-Rusiya iqtisadi münasibətləri müzakirə olunub
18:18 15.05.2026
Gündəm
Merz Trampa zəng etdi: Hörmüz açılmalıdır!
18:00 15.05.2026
Dünya
Putin Pekinə məcbur qalıb getdi - POLİTOLOQ
17:44 15.05.2026
Dünya