Avstraliyada 27 yaşlı kişi kompüterində 23 min uşaq istismarı məzmunu aşkarlandıqdan sonra 596 ayrı cinayət üzrə mühakimə olunur.
Sherg.az xəbər verir ki, polis qurbanların 7-15 yaş arasında olduğunu, onlardan bir qisminin isə ölkə xaricində yaşadığını açıqlayıb.
İstintaqa görə, şübhəli sosial şəbəkə, oyun və mesajlaşma platformalarında saxta kişi və qadın profilləri yaradaraq uşaqları aldatma, təzyiq və hədələrlə intim görüntülər göndərməyə məcbur edib. Arxivdə 459 qurban müəyyən edilib.
Hadisənin 2018-2025-ci illər arasında baş verdiyi bildirilir. Polis bunu “son dərəcə sarsıdıcı” adlandırıb və onlayn mühitdə uşaqlar üçün risklərin artdığını vurğulayıb.