Şəmkirdə kürəkənini qətlə yetirməkdə şübhəli bilinən şəxs tutulub - YENİLƏNİB
Yusif Nəzərli
20:52 05.09.2025
Hadisə
309
Şəmkirdə qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub.
Şəmkir rayon prokurorluğundan APA-ya verilən məlumata görə, sentyabrın 5-də saat 23 radələrində Şəmkir rayonu Sarıtəpə kəndi ərazisində 1993-cü il təvəllüdlü Tural Abdullayevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırma zamanı 1968-ci il təvəllüdlü Sənan Əsgərovun yaşadığı evdə aralarında yaranmış mübahisə zamanı kürəkəni, Bakı şəhər sakini Tural Abdullayevə bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Sənan Əsgərov iş üzrə şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam etdirilir.
***
08.42
Şəmkirdə baş verən qətlin bəzi təfərrüatları məlum olub.
APA-nın yerli bürosunun məlumatına görə, qətlə yetirilən Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbə sakini 1993-cü il təvəllüdlü Tural Abdullayev 3 il əvvəl Bakı şəhərində restoranların birində hadisəni törədən Sənan Əsgərovun qızı T. Əsgərova ilə tanış olub. Bundan sonra onlar qeyri-rəsmi olaraq birlikdə yaşayıblar. Bir müddətdən sonra cütlüyün arasında narazılıq olub və onlar ayrılıb. Ayrılandan sonra Tural Abdullayev T. Əsgərovanın videolarını "TikTok"da paylaşıb.
Buna qəzəblənən T. Əsgərova atasının yaşadığı Şəmkir rayonunun Sarıtəpə kəndinə gəlib. 2 gün əvvəl isə mərhum Tural Abdullayev Sarıtəpə kəndinə gələrək T. Əsgərovaya bildirib ki, paylaşdığı videoları silib və onlar yenidən barışıblar. Bundan sonra Tural Abdullayev bir gün də qayınatasıgildə qalıb. Ötən gecə isə Tural Abdullayev yatan zaman qayınatası Sənan Əsgərov onu bıçaqla vurub. Bu zaman mərhum Tural Abdullayev qayınatası S. Əsgərovun bud nahiyəsində bıçaqla xəsarət yetirib.
Hər iki şəxs xəstəxanaya aparılıb. Lakin Tural Abdullayevi xilas etmək mümkün olmayıb. Sənan Əsgəovun müalicəsi xəstəxanada davam etdirilir.
Məlumata görə, hadisədən əvvəl Sənan Əsgərov Tural Abdullayevə ona öldürəcəyini deyibmiş. Hadisə vaxtı S. Əsgərovun sərxoş olduğu bildirilir.
T. Əsgərovanın əvvəlki ailəsindən iki övladı var.
Faktla bağlı araşdırma gedir.
TƏBİB-dən APA-ya verilən məlumata görə, sentyabrın 6-da saat 00:10 radələrində xəsarət alması səbəbilə 1968-ci il təvəllüdlü (kisi cinsli) şəxs Şəmkir Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Ona sol budun arxa səthinin yuxarı 1/3 hissəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu təyin edilib.
Hazırda vəziyyəti stabil olaraq qiymətləndirilir.
***
05:50
Şəmkirdə qətl hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə hadisə rayonun Sarıtəpə kəndində qeydə alınıb.
Belə ki, Bakı şəhər sakini 1993-cü il təvəllüdlü T. Abdullayev bıçaq xəsarəti ilə xəstəxanaya aparılarkən yolda ölüb.
Araşdırma zamanı məlum olub ki, qətlə yetirilən T. Abdullayevi aralarında baş verən münaqişə zamanı qayınatası 1968-ci il təvəllüdlü S. Əsgərov bıçaqla vurub.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.
Qətlin hansı səbəbdən baş verməsi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
CNN: Kuşner Netanyahunu Qəzzada sülh planının icrasına təşviq edib
18:40 17.08.2026
Dünya
"Reuters": İran müdafiə siyasətindən hücum strategiyasına keçir
18:36 17.08.2026
Dünya
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
18:21 17.08.2026
Sosial
SEPAH Trampın gizli əlaqə iddiasını təkzib etdi
18:14 17.08.2026
Dünya
Rusiyalı siyasətçi 11 il həbs cəzasına məhkum edilib
18:11 17.08.2026
Dünya
TƏBİB sədri daha 2 vəzifəli şəxsi işdən çıxardı
17:39 17.08.2026
Sağlamlıq
Azərbaycanda dərman istehsalı 58%-ə yaxın artıb
17:30 17.08.2026
Sosial
Tramp İrana hücum xəbərdarlığı etdi
16:42 17.08.2026
Gündəm
Magistral kəmərlərlə qazın nəqli 2%-dən çox artıb
16:41 17.08.2026
İqtisadiyyat
Yaponiya səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb
16:26 17.08.2026
Dünya
Tovuzda 26 yaşlı qadın itkin düşüb - FOTO
16:07 17.08.2026
Hadisə