Siyəzəndə itkin düşən 17 yaşlı yeniyetmə tapılıb.
Bu barədə APA-ya Daxili İşlər Nazirliyindən xəbər verilib.
Bəşirov Sənan Bəşir oğlu polis əməkdaşları tərəfindən tapılaraq ailəsinə təhvil verilib.
***
Siyəzəndə 17 yaşlı yeniyetmə itkin düşüb.
DİN-in Quba regional qrupundan APA-ya bildirilib ki, rayon sakini, 2008-ci il təvəllüdlü Bəşirov Sənan Bəşir oğlu avqustun 16-da yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
Şəkildə gördüyünüz şəxsi tanıyanlardan, eləcə də barəsində məlumatı olanlardan DİN-in “102” Xidməti Zəng Mərkəzinə və ya Siyəzən RPŞ-nin “+994 23 304 02 21”, “+994 50 663 43 99” nömrələrinə məlumat vermələri xahiş olunur.