Sumqayıtda mənzildə qadın meyiti tapılıb


Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə Sumqayıtda bir nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat verilib.

FHN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, nazirliyin Sumqayıt Regional Mərkəzinin çağırış ünvanına cəlb olunan xilasetmə qüvvələri mənzilin giriş qapısını açıblar. Mənzildə 1962-ci il təvəllüdlü Hüseynova Həqiqət Sərdar qızının meyiti aşkarlanıb. Meyit aidiyyəti üzrə təhvil verilib.