Tabutdan səs eşidildi
Yusif Nəzərli
16:14 14.05.2022
Hadisə
715
Qadın diri çıxdı, sonra öldü
Tabuta qoyularaq basdırılan insanların dirilməsi tez-tez olmasa da, hər halda rast gəlinən hallardır. Oxşar hadisə Cənubi Amerika ölkəsi Peruda yaşanıb. Perunun Lambayeque şəhərinin sakini, 36 yaşlı Rosa İsabel Cespedes Callaca avtomobil qəzası keçirib. Qəzada Rosa və qaynı ağır xəsarət alaraq vəfat ediblər. Cənazə mərasimi üçün hazırlıqlara başlanılıb. Ailələri, dostları onları son mənzilə yola salmaq üçün toplaşıb.
Tabutun ətrafında dayananlar qəribə səslər eşitməyə başlayıb. Əvvəlcə bunun qarabasma olduğunu zənn ediblər. Amma səs getdikcə güclənib. “Kimsə” tabutun içini döyəcləyir”, deyə səsə qulaq verənlər ağılalmaz nəsə baş verdiyini nəhayət dərk ediblər. Tabutu yerə qoyublar. Və qapağını qaldırıblar. Nə görsələr yaxşıdı? Rosa gözü açıq baxır! Polisə zəng ediblər. Rosa təcili xəstəxanaya çatdırılıb.
“Ölünü” müayinə edən həkimlər zəif həyat əlamətləri olduğunu deyib. Şübhəsiz, qadın uzun müddət ağzı bağlı tabutda qalmaqdan boğulurmuş. Bəlkə də son gücünü toplayaraq tabuta vururmuş ki, ölmədiyini anlasınlar. Amma onun səsi gec eşidilib. Qadın reanimasiya şöbəsinə yerləşdirilib. Lakin bir neçə saat sonra, bu dəfə həqiqətən vəfat edib. Rosanı iki dəfə itirən ailəsi, birinci dəfə ölüm haqqında rəyin hansı əsasla verildiyini öyrənmək istəyir və bu məqsədlə də məhkəməyə müraciət edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hakan Fidan Marko Rubio ilə görüşdü
04:14 31.10.2026
Gündəm
Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır
03:33 31.10.2026
Sağlamlıq
"Qızıl top" səsverməsində rəsmi nəticələr açıqlandı
01:32 31.10.2026
Futbol
Erməni ombudsmandan "türk" sözü ilə bağlı - BƏYANAT
01:11 31.10.2026
Cənubi Qafqaz
ABŞ Yaxın Şərqə əlavə hərbi texnika göndərir
00:49 31.10.2026
Gündəm
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə
“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək
19:30 30.10.2026
Futbol