Tacikistan-Əfqanıstan sərhədində zəlzələ

Tacikistan və Əfqanıstan sərhədində 5,6 bal gücündə zəlzələ baş verib.

Oxu.Az Gazeta.ru-ya istinadən bildirir ki, bu barədə Almaniyanın Geologiya Tədqiqatlar Mərkəzindən (GFZ) məlumat verilib.

Məlumata görə, zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib. Dağıntılar və xəsarət alanlar barədə məlumat verilmir.