Tbilisidə iğtişaşlar səngimir – YENİLƏNİB + FOTO/VİDEO


Gürcüstan Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı qüvvələri etirazçıları parlament önündən sıxışdırdıqdan sonra Tbilisidə qanunverici orqana yaxın ərazilərdə iğtişaşlar davam edib.

Nümayişçilər polis maşınını aşırıblar. Onlar xüsusi təyinatlıların irəliləməsinə mane olmaq üçün barrikadalar qururlar.

00:07

Xüsusi təyinatlılar Tbilisidə parlament binası qarşısındakı etiraz aksiyasını tamamilə dağıdıblar.

Etirazçılar metal hasarları yarmağa çalışaraq qanunverici orqan binasının darvazalarına yaxınlaşıblar.

Təhlükəsizlik qüvvələri etirazçıları qovmaq üçün parlamentin həyətindən onların üzərinə su buraxıblar.

Həmçinin, Xüsusi Təyinatlı Qüvvələr gözyaşardıcı qaz və su şırnaqlarından da istifadə ediblər.

Bir müddət sonra onlar etirazçıları parlamentin qarşısındakı meydandan tamamilə dağıda biliblər.