Tək təsəlli...
Məlahət Rzayeva
02:40 31.07.2021
Hadisə
556
Alovların içində “Möcüzə” doğuldu
"Ümidim də odur, sevincim də. Hər zaman birlikdə olacağıq"
Antalyanın Manavqat bölgəsində meşə yanğınları zamanı od-alovun arasında doğulan oğlağa “Möcüzə” adı verilib. “Möcüzə”nin sahibi – Manavqat sakini Sərcan Bayat, evinin, avtomobilinin, axurun... hər bir əşyasının yandığını, bəslədiyi heyvanlar arasında da tələfatın çox olduğunu deyib: “Məhəlləmiz yandıqdan 3-4 saat sonra evə döndük. Mələmə səsi duydum. Baxdım ki, evin qarşısında, alovların arasında bir oğlağ! Yanmış torpağın üzərində bir keçi balası...
Anladım ki, bir neçə saat öncə doğulub. Qucağıma aldım. Təhlükəsiz bir yerə aparmalı idim. Hələ də inana bilmirəm. Bu, möcüzədir. Alovların 6-7 metrə yüksəldiyi yerdə necə həyata gəlib, necə sağ qala bilib?”, düşünürəm. Sərcan Bayat 30 yaşındadır.
“Şərq” “Milliyet.com”a istinadən xəbər verir ki, S.Bayat heyvandarlıqla məşğuldur. Yanğında xeyli sayda böyük və kiçik baş heyvanı tələf olub. S.Bayat AA müxbirinə deyib ki, jandarma qrupu onlara evlərini tərk etmələrini bildirsə də, heyvanlarını buraxıb getmək istəməyib:
“Heyvanlar bizim üçün hər şeydən qiymətlidir. Onları tərk edə bilmədim. Ətrafda hər yer yanmağa başladıqda inəkləri bağladığım iplərini kəsdim, açıq əraziyə çıxardım.
Keçilərimiz də alovlardan uzaqlaşdırdım. Əllərimdə, ayaqlarımda yanıqlar əmələ gəldi. Bəzi heyvanlarımı itirdim. 29 inəkdən 12-ni xilas edə bildim. Qalanları necə oldu, hara getdilər, bilmirəm. Alovlar artdıqda məhəllədən ayrılmaq məcburiyyətində qaldıq”. S.Bayat uzaqdan evlərinin necə alovlara büründüyünü müşahidə etdiklərini deyib. “Hər şey bitdi və evimizə döndük. Yanıb kül olmuş evlərin, əşyaların, otların arasında yeni doğulmuş bu oğlağ tək təsəllimizdir. Adını “Möcüzə” qoydum. Onu yanımdan heç ayırmıram artıq. Ümidim də odur, sevincim də. Hər zaman birlikdə olacağıq”. Yanğından sonra vəziyyət kritikdir. S.Bayat bundan sonra işlərinin daha da çətin olacağını söyləyib: “Həyat bundan sonra başlayır, deyib sevinmək istəyirik, amma elektrik yox, su yox. 1200-1300 “press” samanım yandı. 4-5 ton yem, 5-6 ton buğda. Öz ərzaqlarımız da yanıb. 3 gündür ayaq üstəyəm. Biz nəyi, necə cəm edəcəyik? Nədən başlayacağıq, bilmirəm”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin: Rusiya səmasının müdafiəsi üçün vahid komandan lazımdır
20:24 05.09.2026
Dünya
ABŞ İranın 3 neft tankerini vurdu
20:00 05.09.2026
Gündəm
Enzo Fernandes "Mançester Siti"də debüt etdi
19:04 05.09.2026
Futbol
Lavrov: Ukraynadakı rusdilli vətəndaşlar üçün hər şeyi edirik
18:46 05.09.2026
Dünya
Çempionlar liqasından sükuta: “Qarabağ” niyə büdrədi?
18:26 05.09.2026
Futbol
Bakıda narkotikin təsiri altında maşın sürən şəxs həbs edilib
18:04 05.09.2026
Hadisə
Çin liderinin Məsud Pezeşkiana soyuq münasibətinin səbəbi
18:02 05.09.2026
Dünya
İranda dollar kəskin bahalaşdı
17:58 05.09.2026
Region
Yunanıstanda qırıcı təyyarə qəzaya uğrayıb
17:51 05.09.2026
Hadisə
İrandan qisas mesajı: Xameneinin qanı yerdə qalmayacaq
17:34 05.09.2026
Region
Putin Kiyevə zərbə endirməmək barədə göstəriş verib
17:17 05.09.2026
Gündəm
Fransanın Ermənistandakı səfiri dəyişib
16:18 05.09.2026
Dünya
Fransanın Ermənistandakı səfiri dəyişib
15:46 05.09.2026
Siyasət
Əməkdar incəsənət xadimi Amin Novruzov vəfat edib
15:46 05.09.2026
Mədəniyyət
Türkiyə Yunanıstana etiraz notası göndərib
15:15 05.09.2026
Dünya