Tovuzda parkdan kişi meyiti tapılıb

Tovuzda kişi meyiti tapılıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Tovuz şəhərində yerləşən parkların birində qeydə alınıb.

Belə ki, Tovuzun Qovlar şəhər sakini E.Musayevin meyiti parkdan tapılıb. Onun hansı səbəbdən ölməsi məlum deyil.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.