Tovuzda üç uşaq qidadan zəhərlənib - YENİLƏNİR

Tovuzda üç uşaq qidadan zəhərlənib.

"Report"un Qərb bürosunun məlumatına görə, bir ailənin üç üzvü - 2021-ci il təvəllüdlü İ.H, 2022-ci il təvəllüdlü N.H və 2019-cu il təvəllüdlü G.H zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.

Zərərçəkənlərin vəziyyətləri kafi və qənaətbəxş hesab olunur.

Faktla bağlı araşdırma aparılır.