Türkiyənin hərbi təyyarəsi Gürcüstan–Azərbaycan sərhədində qəzaya düşdü - YENİLƏNİB

Azərbaycandan ölkəmizə yola düşən C130 hərbi yük təyyarəmiz Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğrayıb.

APA xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

"Axtarış-xilasetmə işlərinə Gürcüstan hakimiyyəti ilə koordinasiyalı şəkildə başlanılıb", məlumatda deyilir.