İstanbulun Güngören rayonunda üzərinə qaynar su tökülən 20 aylıq körpə müalicə olunduqdan sonra xəstəxanadan buraxılıb. Müayinələr zamanı körpənin bədəninin təxminən 27 faizinin yandığı müəyyən edilib.
Sherg.az xəbər verir ki, həkimlərin sözlərinə görə, yanıqların 80-90 faizi konservativ müalicə üsulları ilə sağalıb. Mütəxəssislər yanıq hallarının yarısının uşaqların payına düşdüyünü bildirərək, xüsusilə 5 yaşadək uşaqların mətbəxdə nəzarətsiz buraxılmaması barədə ailələri xəbərdar ediblər.