Xırdalanda yeniyetmənin döyülməsi ilə bağlı araşdırma aparılır

Abşeron rayonunda 17 yaşlı yeniyetmənin həmyaşıdları tərəfindən döyülməsi ilə bağlı polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli APA-ya bildirib ki, zərərçəkən şəxs valideynləri ilə birgə polis idarəsinə dəvət edilərək izahatı alınıb.

Hazırda ərazi üzrə polis orqanında araşdırma aparılır.

Qeyd edək ki, Xırdalanda bir qrup məktəblinin dalaşması ilə bağlı sosial şəbəkədə videogörüntü yayılıb.