Yanğının qarşısını almaq üçün meşəlik ərazilərlə yanaşı bağçalara da havadan və qurudan su səpilib. Yanğın mal-qaranın saxlandığı yerlərə də keçib. Bölgədə tüstü dumanı yanğınsöndürənlərə çətinlik yaradıb. 1 PUA, 2 təyyarə, 19 helikopter, 30-a yaxın texnika, 960 personal 30 su maşını ilə yanğını söndürməyə çalışıb.
Yanğın fəlakəti...
Məlahət Rzayeva
03:39 30.07.2021
Hadisə
575
Qorxunc görüntülər...
İnsanlar fəryad edir, yalvarış səsləri eşidilir
Türkiyənin Antalya bölgəsi Manavqat əyalətində 2 gün davam edən yanğınlar əhalini əldən salıb. Evlərini, mülklərini, mal-qaranı – hər şeyini itirən insanlar çarəsiz durumdadır. “Şərq” Türkiyə mediasına istinadən xəbər verir ki, Manavqatın Kalemlər məhəlləsində yanan evinin önündə dayanan qadın göz yaşları içində “belə acımı olar, Allahım? Hələ də yanır, heç bir şeyim qalmadı, nə edəcəyəm?! Yavrumun cehizləri, “ciyərlərimin” cehizləri yandı” deyərək fəryad edib. Türkiyənin Tarım və Orman naziri Bəkir Pakdemir yanğında həyatını itirənlərin sayının 3-ə yüksəldiyini bildirib. Yanğınlar təkcə Kalemlər məhəlləsində deyil, Yeniköy, Kavaklı, Sarılar məhəllələrini də bürüyüb. Bölgədə vətəndaşlara məxsus zeytunluq, dəfnə və badam bağçaları da yanıb.
Yanğının qarşısını almaq üçün meşəlik ərazilərlə yanaşı bağçalara da havadan və qurudan su səpilib. Yanğın mal-qaranın saxlandığı yerlərə də keçib. Bölgədə tüstü dumanı yanğınsöndürənlərə çətinlik yaradıb. 1 PUA, 2 təyyarə, 19 helikopter, 30-a yaxın texnika, 960 personal 30 su maşını ilə yanğını söndürməyə çalışıb.
Məhəllə sakinlərinin bir qismi yanğın bölgəsindən təxliyə edilib. Bəzi vətəndaşlar isə təxliyədən imtina edərək yanan evlərinin qarşısından aralanmaq istəməyib.
Sakinlərdən biri “heyvanları xilas edə bilmədik. Köpəyimiz, inəyimiz ağaca bağlı qaldı. Axurda keçilərim qaldı” deyərək fəryad edib. Kalemlər məhəlləsində bir çox ev yanıb külə döndü. Aralarında tarixi daş evlər də var.
Məhəllədə evlərlə yanaşı, məzarlıq da ziyan görüb. Banan əraziləri, tarladakı traktorlar, digər texnika, alətlərin hamısı yanıb külə dönüb. Sakinlərin bir çoxu salamat qalmış traktorlara minərək həyəcan içində bölgədən uzaqlaşıb. Məhəllədə qalıb yanğının digər evlərə keçməsinin qarşısını alanlar da var.
Sakinlər üzlərini köynəkləri ilə bürüyərək su şlanqları ilə yeri sulayır, yanğının digər ərazilərə keçməsini əngəlləməyə çalışıblar. Antalya Böyükşəhər Bələdiyyəsinin başqanı Muhittin Böcek yerli KİV-ə açıqlamasında “27 illik idarəçilikdə belə yanğın görmədim. Güclü külək əsir, yanan şam qozaları 100-150 metrə uzağa “uçur”, düşdüyü yeri odlayır”, söyləyib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu arada Antalyadakı yanğının səbəblərinin ciddi araşdırılacağını bildirib. Manavqat Cümhuriyyət Başsavcılığı 4 fərqli nöqtədə əmələ gəlmiş yanğınla bağlı istintaqa başlayıb.
İlkin rəy yanğının meşəlik ərazidən yaşayış yerlərinə sıçramasıdır. Müşahidə kameralarının görüntüləri də araşdırılacaq. Antalyadan başqa, Mərsin, Osmaniyyədə də yanğınlar var və yanğının qarşısının alınmasına səy göstərilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin: Rusiya səmasının müdafiəsi üçün vahid komandan lazımdır
20:24 05.09.2026
Dünya
ABŞ İranın 3 neft tankerini vurdu
20:00 05.09.2026
Gündəm
Enzo Fernandes "Mançester Siti"də debüt etdi
19:04 05.09.2026
Futbol
Lavrov: Ukraynadakı rusdilli vətəndaşlar üçün hər şeyi edirik
18:46 05.09.2026
Dünya
Çempionlar liqasından sükuta: “Qarabağ” niyə büdrədi?
18:26 05.09.2026
Futbol
Bakıda narkotikin təsiri altında maşın sürən şəxs həbs edilib
18:04 05.09.2026
Hadisə
Çin liderinin Məsud Pezeşkiana soyuq münasibətinin səbəbi
18:02 05.09.2026
Dünya
İranda dollar kəskin bahalaşdı
17:58 05.09.2026
Region
Yunanıstanda qırıcı təyyarə qəzaya uğrayıb
17:51 05.09.2026
Hadisə
İrandan qisas mesajı: Xameneinin qanı yerdə qalmayacaq
17:34 05.09.2026
Region
Putin Kiyevə zərbə endirməmək barədə göstəriş verib
17:17 05.09.2026
Gündəm
Fransanın Ermənistandakı səfiri dəyişib
16:18 05.09.2026
Dünya
Fransanın Ermənistandakı səfiri dəyişib
15:46 05.09.2026
Siyasət
Əməkdar incəsənət xadimi Amin Novruzov vəfat edib
15:46 05.09.2026
Mədəniyyət
Türkiyə Yunanıstana etiraz notası göndərib
15:15 05.09.2026
Dünya