Yer planeti iyulun 6-da öz orbitində Günəşdən ən uzaq nöqtədən - afelidən keçəcək.
Sherg.az xəbər verir ki, bu barədə məlumatı Moskva Planetariumu yayıb.
Mmütəxəssislərin bildirdiyinə görə, həmin gün Yer ilə Günəş arasındakı məsafə ilin maksimum həddinə çataraq 152 milyon kilometrdən çox olacaq. Müqayisə üçün qeyd edək ki, Yer hər il yanvarın əvvəlində orbitinin Günəşə ən yaxın nöqtəsindən keçir və bu zaman məsafə təxminən 147 milyon kilometr təşkil edir.
Astronomların sözlərinə görə, bu hadisə Yer orbitinin elliptik formasından qaynaqlanır və təbii astronomik proses hesab olunur.
Qeyd edək ki, afeli hadisəsi planetimizin iqliminə və fəsillərin dəyişməsinə ciddi təsir göstərmir. Fəsillərin yaranmasının əsas səbəbi Yer oxunun təxminən 23,5 dərəcə meyilli olmasıdır.